“Dəniz kuboku”nun iştirakçıları ilə videokonfrans keçirilib

“Dəniz kuboku”nun iştirakçıları ilə videokonfrans keçirilib
  13 Avqust 2020    Oxunub:2855
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Qərargahında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, videokonfransda iştirakçı dövlətlərin nümayəndələrinə müsabiqəyə hazırlıq haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, bu il Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etməyəcək.
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin cari ilin avqustun 25-dən sentyabrın 4-dək keçirilməsi planlaşdırılır.





Azvision.az


Teqlər: Ordu   MN   Dəniz-kuboku  





Xəbər lenti