Yolda ölənlərin sayı

Yolda ölənlərin sayı
  18 Mart 2013    Oxunub:1200
Azərbaycanın avtomobil yollarında bazar günü 5 yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az DİN-nin saytına istinadən xəbər verir ki, nəticədə 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.




Teqlər:  





Xəbər lenti