Astarada zorakılığa məruz qalan uşaqlar nəzarətə götürülüb - RƏSMİ

Astarada zorakılığa məruz qalan uşaqlar nəzarətə götürülüb -  RƏSMİ
  27 İyul 2020    Oxunub:4044
Astarının Ərçivan kəndində 6 və 10 yaşlı bacı-qardaşın ata və ögey anası tərəfindən zorakılığa məruz qalması hadisəsi nəzarətə götürülüb. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Astara rayon İcra Hakimiyyəti ilə birgə monitorinq komissiyası yaradılıb.
Bunu Azvision.az -a açıqlamasında Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, yerli polis şöbəsi tərəfindən ekspertiza aparılıb.

"Səhiyyə sahəsində tədbirlər həyata keçirilib. Uşaqların sağlamlığına vurulan zərərin qiymətləndirilməsi aparılıb. Müvafiq dövlət qurumları ilə birgə ailədə olan zorakılıq hadisəsinin dəfələrlə törədilməsi və digər faktlar araşdırılır. Məsələ dövlət qurumları tərəfindən nəzarətə götürülüb. Komitə tərəfindən yerli icra hakimiyyətinə, Daxili İşlər Nazirliyinin yerli şöbəsinə müraciət edilib və tədbir görülüb".

E.Səfərov bildirib ki, araşdırma və qərarların qəbul edilməsi zamanı uşaqların sağlamlığı və marağı priotet götürülüb.

"Uşaqların təhlükəsizliyi təmin edilib. Onlara psixoloji və hüquqi yardım göstərilir. Bu gün monitorinq komissiyasının valideyn və qohumlarla görüşü keçirilir. Görüş nəticəsində psixoloji, hüquqi və sosial qiymətləndirmə aparılacaq. Yekunda ailə ilə bağlı qərar veriləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Astara   Ailə   Zorakılıq  





Xəbər lenti