Vaqif dünyası - FOTOSESSİYA

Vaqif dünyası - FOTOSESSİYA
  16 Mart 2013    Oxunub:1364
Bu gün dahi cazmen, bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Mustafazadənin dünyaya gəlməsindən 73 il ötür...
Vaqif Əziz oğlu Mustafazadə 1940-ci ildə Bakıda İçərişəhərdə anadan olub. Atasının ölümündən sonra Vaqifin tərbiyəsi ilə məktəbdə musiqi müəllimi işləyən anası məşğul olub. Vaqif 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Burada kiçik konsertlər verib, klublarda çıxış etib. Əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.

Dahi musiqiçinin ev muzeyindən olan fotoları təqdim edirik :

Qalereya




Teqlər:  





Xəbər lenti