Baş Nazirdən yeni təyinatlar

  01 İyun 2020    Oxunub : 3202
  Baş Nazirdən yeni təyinatlar
Nazirlər Kabinetində yeni təyinatlar olub.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin ediliblər.

Bundan başqa, müvafiq sərəncamla Mehman Tağıyev Baş Nazir Əli Əsədova köməkçisi təyin olunub.

Azvision.az

Teqlər: Baş-Nazir