Myanma Prezidenti İlham Əliyevi təbrik edib

  01 İyun 2020    Oxunub : 2210
Myanma Prezidenti İlham Əliyevi təbrik edib
Myanma İttifaqı Respublikasının Prezidenti Vin Myin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident