Mövqelərimizi atəşə tutdular

  16 Mart 2013    Oxunub : 645
Mövqelərimizi atəşə tutdular
Düşmən cavab atəşi ilə susdurulub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı kəndləri yaxınlığında, FüzuliXocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri də atəşə məruz qalıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Teqlər: