İordaniya Kralı Prezidentə məktub yazdı

   İordaniya Kralı Prezidentə məktub yazdı
  27 May 2020    Oxunub:2878
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".

Azvision.az


Teqlər: Prezident   Məktub  





Xəbər lenti