Türkiyə, Azərbaycan və İran arasında görüş olacaq

Türkiyə, Azərbaycan və İran arasında görüş olacaq
  05 Yanvar 2014    Oxunub:895
Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək .

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbuldakı “Çırağan” sarayında iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə keçirdiyi mətbuat konfransında bildiribr ki, cari ilin martında Türkiyə, Azərbaycan və İran xarici siyasət idarələri rəhbərlərinin növbəti görüşü keçirilə bilər.

Ə.Davudoğlu deyib ki, fevral ayında İran Prezidenti Həsən Ruhaninin Ankaraya səfəri zamanı iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması da planlaşdırılır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da yanvarın sonunda Tehrana səfər edəcəyini bildirən Ə.Davudoğlu vurğulayıb ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün səylər artırılacaq.
O, əlavə edib ki, ötən il həcmi azalan ticarət dövriyyəsinin 2015-ci ildə 30 milyard dollara çatdırılması planlaşdırılır.

Hər iki nazir ikitərəfli əlaqələrlə yanaşı, regional məsələlər ətrafında da geniş fikir mübadiləsi apardıqlarını bildirib.


Teqlər:  





Xəbər lenti