Cəzasının bitməsinə 1 il qalanların azad olunması təklif edildi

Cəzasının bitməsinə 1 il qalanların azad olunması təklif edildi
  24 Aprel 2020    Oxunub:2536
Cəzasının bitməsinə 1 il, il yarım qalmış məhkumların azadlığa buraxılması təklif olunub.
Azvision.az xəbər verir ki, bu təkliflə deputat Aydın Mirzəzadə Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatının müzakirəsi zamanı çıxış edib.

Deputat bildirib ki, cəzasının müəyyən hissəsini çəkmiş və cəzasının bitməsinə 1 il, 1 il yarım qalmış məhkumlar azadlığa buraxılması yaxşı olardı.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti