Silah və hərbi texnika yay rejiminə keçirilir - VİDEO+FOTOLAR

 Silah və hərbi texnika yay rejiminə keçirilir -  VİDEO+FOTOLAR
  21 Aprel 2020    Oxunub:5601
Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.



Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.















Azvision.az


Teqlər: Silah   Texnika   MN  





Xəbər lenti