“Yeni layihədə 200-ə yaxın dəyişiklik təklif olunur” - Kamal Cəfərov (VİDEO)

  “Yeni layihədə 200-ə yaxın dəyişiklik təklif olunur” -    Kamal Cəfərov (VİDEO)
  17 Aprel 2020    Oxunub:9199
“Milli Məclisə təqdim edilən yeni layihədə 200-ə yaxın dəyişiklik təklif olunur. 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamal Cəfərov Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı parlamentə göndərilən layihəni təqdim edərkən deyib.



Onun sözlərinə görə, 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur:

“30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur. Məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq da aradan qaldırılır. Bu dəyişikliyə qədər, məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkum etməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Kamal-Cəfərov   Milli-Məclis  





Xəbər lenti