Oğurluq etdiyinə görə tutulan şəxsin başqa cinayətləri üzə çıxıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İsmayılovun ətrafında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini S.Qaflanovanın çantasından içərisində 292 manat və sənəd olan pulqabısını, R.Sadıqovanın cibindən isə pulqabısını oğurlaması da müəyyən edilib.