Yaponiya səfiri Azərbaycandan gedir

  25 Mart 2020    Oxunub : 960
Yaponiya səfiri Azərbaycandan gedir
Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Teruyuki Katorini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, səfir Teruyuki Katori diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində məmnunluqla danışılıb.

Nazir ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib.

Tərəflər, eyni zamanda hazırda dünyanın mübarizə apardığı yeni növ koronavirus pandemiya ilə mübarizə məsələləri və bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov səfir Teruyuki Katorinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Azvision.az

Teqlər: Nazir   Elmar-Məmmədyarov