Daha bir imtahan təxirə salındı
5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən Dövlət İmtahan Mərkəzində 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılır.
Vətəndaşların müraciətləri 1653 "Çağrı Mərkəzi" vasitəsilə cavablandırılacaq. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da müraciətlərini yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər.
Azvision.az
Teqlər: DİN