Erməni diasporu azərbaycanlı idmançıya mükafat verdi

Erməni diasporu azərbaycanlı idmançıya mükafat verdi
  27 Dekabr 2013    Oxunub:1024
Dekabrın 25-də Kiyevin “İnterkontinental” mehmanxanasında Ukrayna Erməniləri İttifaqının illik yekun konfransı keçirilib.

AzVision.az-ın məlumatına görə, konfransda Ukrayna-Ermənistan münasibətlərinin inkişafında xidmətlərinə görə 14 nominasiyada qaliblər elan olunub.

Məsələnin diqqət çəkən məqamlarından biri qaliblər arasında Beynəlxalq Əlbəyaxa Döyüş növləri Liqasının və Avropa Döyüş Sambosu Federasiyasının prezidenti, milliyətcə azərbaycanlı Elxan Vəliyevin olmasıdır.

Tədbirdə erməni diasporu tərəfindən Elxan Vəliyev mükafatlandırılıb.

Ukrayna Döyüş Sambosu Federasiyasının da prezidenti olan Elxan Vəliyev erməni icmasının dəstəyi ilə keçirilən bir çox turnirlərdə iştirakçı olub.

Xatırladaq ki, Elxan Vəliyevin atası Nazim Vəliyev əslən Naxçıvanın Şərur rayonundandır. İdmançının anası isə milliyətcə ukraynalıdır. Sərbəst Güləş üzrə SSRİ idman ustası olan Elxan Vəliyev 2006-cı ildə Latviyanın paytaxtı Riqa şəhərində veteranlar arasında Döyüş Sambosu üzrə keçirilən dünya çempionatında qələbə qazanıb. Bundan başqa 2008-ci ildə isə İsveçdə sərbəst güləş üzrə veteranlar arasındakı dünya çempionatının qalibi olub.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti