Bakıda tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılır

 Bakıda tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılır
  03 Mart 2020    Oxunub:3623
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətinin Məbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Məlumatda hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi vurğulanıb.

Azvision.az


Teqlər: Koronavirus   Bakı  





Xəbər lenti