AQTA istehlak üçün yararsız 635 kq ət aşkarladı
Yoxlama zamanı ətin rənginin qara, kəskin qoxulu və səthinin selikli olduğu müşahidə edilib. Bununla yanaşı ətin mənşəyi ilə bağlı heç bir sənəd AQTA əməkdaşlarına təqdim olunmayıb.
Aşkarlanan ətlər müsadirə edilərək saxlanca verilib və götürülən nümunələr sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Azvision.az