MSK namizədin şikayətini qismən təmin etdi

  24 Fevral 2020    Oxunub : 980
MSK namizədin şikayətini qismən təmin etdi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd Əliyev Rüfət Azər oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində müəyyən olunub ki, 33 saylı məntəqədə pozuntular aşkarlanıb. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin olunmalıdır".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki