Azərbaycandan ABŞ-a göndərilən xurmanın içindən narkotik çıxdı
Hal şahidlərinin iştirakı ilə keçirilən təkrar yoxlama zamanı bağlamada, 3 ədəd polietilen paketdə xurma yükü olduğu müəyyən edilib. Bundan sonra yoxlama davam etdirilib və müəyyən olunub ki, qaçaqmalçılar "unikal" gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az