Ər-Riyadda yaşayan azərbaycanlılarla görüş keçirildi
Sonra Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan video-çarx nümayiş etdirilib.
Tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verən Dövlət Komitəsinin sədri Fuad Muradov diqqəti “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Koordinasiya Şuralarının təsis olunmasına, Azərbaycan evlərinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsinə, diaspor xəritəsinə, hazırlanan təbliğat vasitələrinin sosial şəbəkələrdə yayılmasına və digər məsələlərə cəlb edib. O, həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük diaspor ailəsinə qoşulmağa dəvət edib.
DİDK nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsindən məmnunluq duyduqlarını bildirən soydaşlarımız qarşılaşdıqları problemlərdən söz açıblar, milli-mədəni dəyərlərimizin təbliği məqsədilə bu ölkədə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıblar. Səsləndirilən problemlərin bəzilərinə tədbirin gedişi zamanı operativ şəkildə aydınlıq gətirilib.
Azvision.az
Teqlər: Fuad-Muradov Ər-Riyadd