Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
  31 Yanvar 2020    Oxunub:2607
Yanvarın 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb.

Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olunub. Komissiya Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqatın aparılmasına dair qanunvericiliyin tələblərinə əməl etməyərək ciddi pozuntulara yol verən bir sıra seçki subyektlərinə xəbərdarlıq edib.

Beynəlxalq müşahidə missiyaları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda Milli Məclisə seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik göstəricilər diqqətə çatdırılıb, həmçinin cari məsələlərə baxılıb.

Azvision.az


Teqlər: MSK  





Xəbər lenti