Şağan Müalicə Pansionatının təmiri bi il yekunlaşacaq

  29 Yanvar 2020    Oxunub : 1141
Şağan Müalicə Pansionatının təmiri bi il yekunlaşacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı 250 çarpayılıqdır.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri çərçivəsində Pansionatda əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Hazırda burada məişət, həm də kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması, müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin tam təmin edilməsi üçün işlər davam edir.

İşlərin bu il yekunlaşdırılması, eləcə də Pansionatın müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla təminatı da nəzərdə tutulub.

Bütün bunlar müəssisədə səmərəlifizioterapevtik müalicə üsulları vasitəsilə və müasir metodika və texnologiyalardan da geniş istifadə edilməklə əlilliyi olan şəxslərə göstərilən bərpa müalicəsi xidmətinin keyfiyyətinin yüksəlməsini təmin edəcək.

Azvision.az

Teqlər: Şağan   ƏƏSMN