“Britaniya Azərbaycanda aparılan islahatları dəstəkləyir” - Səfir

“Britaniya Azərbaycanda aparılan islahatları dəstəkləyir” -   Səfir
  27 Yanvar 2020    Oxunub:3026
Böyük Britaniya hökuməti uzun illərdir ki, Azərbaycanda təhlükəsizlik və müdafiə sahəsində aparılan islahatları dəstəkləyir.

Bunu Azvision.az -a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.
Diplomat nümunə kimi hərbçilər üçün təşkil olunan ingilis dili kurslarını qeyd edib. Onun sözlərinə görə, bu kurslar həm Azərbaycanda, həm də Böyük Britaniyada təşkil olunub.

"Şadam ki, indi biz Azərbaycanda hərbçilər üçün bu kursu keçiririk. Sonuncu dəfə belə kurs 2012-ci ildə təşkil olunub. Hesab edirəm ki, müdafiə sahəsində idarəçiliklə bağlı olan bu kurs çox vacibdir. Britaniyada biz müdafiəni daha geniş təhlükəsizlik kontekstində görürük", - deyə səfir vurğulayıb.

Diplomat əlavə edib ku, Britaniya NATO və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ölkəsinin qlobal maraqları var: "Bu kontekstə diqqət yetiməyimiz məntiqlidir, o cümlədən Azərbaycan üçün də önəmlidir. Azərbaycan mürəkkəb regionda yerləşir. Şimalda Rusiya, hansı ki, Gürcüstan və Ukraynaya qarşı hərbi əməliyyatlar həyata keçirib, cənubda proqnoz edilə bilməyən İran. Eyni zamanda, Azərbaycanın ən böyük müdafiə məsələsi Dağlıq Qarabağ münaqişəsidir. Bütün bunlarla yanaşı, coğrafi məsələləri də əlavə etmək lazımdır".

Xatırladaq ki, bu gün Bakıda Britaniya səfiliyinin təşkilatçılığı ilə yüksək səviyyəli müdafiə və təhlükəsizlik nümayəndələri üçün bir həftəlik kursun açılışı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Səfir  





Xəbər lenti