Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq

Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq
  26 Yanvar 2020    Oxunub:2825
Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılacaq.
Bu barədə Azvision.az -a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Seçki bülletenləri Milli Məclisin mətbəəsində çap olunacaq.

Xatırladaq ki, Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Bülleten  





Xəbər lenti