Naxçıvani seçiciləri Azay Quliyevi coşqu ilə qarşıladılar - VİDEO

Naxçıvani seçiciləri Azay Quliyevi coşqu ilə qarşıladılar -  VİDEO
  26 Yanvar 2020    Oxunub:4528
Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Naxçıvani küçəsinin sakinləri ilə görüş keçirib.
Görüşdə 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri olan şair Zakir Fəxri, akademik Hətəm Quliyev, Qarabağ qazisi polkovnik İntiqam Mirzəyev, maestro Ceyhun İsmayılov və digər tanınmış şəxslər çıxış edib.



Seçicilərin hərarətlə qarşıladığı Azay Quliyev ötən 4 ildə ona ünvanlanan müraciətlərin hamısını diqqətdə saxladığını deyib və onların həlli üçün gördüyü işlər barədə hesabat verib. Azay Quliyev ilk dəfə Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsində tətbiq olunan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və vətəndaşlar üçün yaratdığı üstünlüklər haqqında danışıb.



Daha sonra seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını bildirib. Azay Quliyev seçki qərargahının ofisinin hər gün tezdəndən axşamadək açıq olduğunu və bütün müraciətlərin könüllülər tərəfindən e-kabinetdə qeydiyyata alındığını vurğulayıb. Azay Quliyev seçicilərin ona göstərdiyi etimadı bundan sonra da doğruldacağını bildirib.



Şair, publisist Zakir Fəxri Azay Quliyevin beynəlxalq təşkilatlarda Qarabağla bağlı gördüyü işlərin böyük əhəmiyyətə malik olduğunu deyib. Z. Fəxri seçicilərini ləyaqətli təmsil edən Azay Quliyevə yenidən səs verəcəklərini bildirib.

Akademik Hətəm Quliyev Azay Quliyevin deputat fəaliyyətini yüksək qiymətləndirdiklərini və 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicisi olan ziyalıların fevralın 9-da böyük həvəslə ona səs verəcəklərini deyib. Akademik e-kabinetin tətbiqinin deputat-seçici münasibətlərində inqilabi yenilik olduğunu bildirib.

Azvision.az


Teqlər:





Xəbər lenti