Əlcəzair İnterpolun axtardığı şəxsi Azərbaycana təhvil verdi

Əlcəzair İnterpolun axtardığı şəxsi Azərbaycana təhvil verdi
  25 Yanvar 2020    Oxunub:4913
Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında imzalanmış ekstradisiya haqqında sazişin implementasiyası çərçivəsində özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla əməl törətmiş və barəsində İnterpolun xətti ilə beynəlxalq axtarışa verilmiş şəxsin ekstradisiyası ilə bağlı danışıqlar aparılıb.
Bu barədə Azvision.az -a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Əlcəzair tərəfinə göndərdiyi sorğu təmin edilərək həmin şəxsin təslim edilməsinə razılıq verilib və o, nazirliyin əməkdaşlarının müşayiəti ilə bu günlərdə Azərbaycana gətirilib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti