Hüquqşünasa həyat yoldaşının böyrəyi köçürülüb

Hüquqşünasa həyat yoldaşının böyrəyi köçürülüb
  28 Dekabr 2019    Oxunub:3345
"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri, hüquqşünas Ramil İskəndərli 2 dəfə əməliyyat olunub.
Azvision.az xəbər verir ki, hüquqşünas ürək-damar şuntlanması və böyrək transplantasiyası əməliyyatı keçirib. Böyrək transplantasiyası zamanı R.İskəndərlinin donoru həyat yoldaşı Nigar İskəndərova olub. Belə ki, N.İskəndərovanın böyrəyi R.İskəndərliyə köçürülüb.

Hər iki cərrahi əməliyyat Gömrük Hospitalında baş tutub. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır.

Azvision.az


Teqlər: Əməliyyat   Hüquqşünas  





Xəbər lenti