FHN köməksiz qalan şəxsləri xilas edib

FHN köməksiz qalan şəxsləri xilas edib
  20 Dekabr 2019    Oxunub:1888
Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Nizami rayonunda ayrı-ayrı ünvanlarda 3-ü azyaşlı olmaqla 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Bundan əlavə, ötən sutka ərzində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az



Teqlər: FHN   Kömək   Lift   Mənzil  





Xəbər lenti