10 ayda 14281 ailə boşanıb

10 ayda 14281 ailə boşanıb
  18 Dekabr 2019    Oxunub:2970
Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Bundan başqa, 2019-cu ilin 10 ayında ölkədə 46403 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.

Azvision.az


Teqlər: Evlilik   Boşanma  





Xəbər lenti