Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı

  14 Dekabr 2019    Oxunub : 1946
 Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb.
Azvision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bundan əvvəl 3 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Azvision.az

Teqlər: MSK   Seçki   Parlament