Avtobus qəzasının səbəbi məlum oldu - Sürücü yatıbmış

  14 Dekabr 2019    Oxunub : 2068
Avtobus qəzasının səbəbi məlum oldu - Sürücü yatıbmış
Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb.
BNA-dan Azvision.az -a verilən məlumata görə, bu gün səhər saat 09:00 radələrində Suraxanı qəsəbəsi “Daş yol” adlanan küçədə yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "KİA" markalı minik avtomobili əks hərəkət istiqamətinə çıxaraq 104 nömrəli müntəzəm marşrut xətti üzrə (Dövlət Qeydiyyat Nişanı 90 OJ 542) sərnişin avtobusu ilə toqquşub.

104 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı Nazim Qəhrəmanov bildirib ki, hadisə zamanı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə və ilkin araşdırmalara əsasən, hadisəyə səbəb "KİA" markalı minik avtomobili sürücüsünün sükan arxasında yuxulaması olub.

Azvision.az

Teqlər: BNA   Qəza   Avtobus