Ədliyyə nazirinin müavini qəbul keçirəcək

  13 Dekabr 2019    Oxunub : 983
Ədliyyə nazirinin müavini qəbul keçirəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 18-də Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Toğrul Musayev Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, 40) vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda Qəbələ rayonunda yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə idarəsi (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi 94; əlaqə telefonları: (02424) 4-32-18, 055 652-07-07), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055 925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün həmin gün keçiriləcək qəbula elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət edə bilərsiniz.

Azvision.az

Teqlər: Ədliyyə