“Özümüz-özümüzü hörmətdən salırıq”- SPİKER

“Özümüz-özümüzü hörmətdən salırıq”- SPİKER
  17 Dekabr 2013    Oxunub:949
Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı deputat statusu haqqında qanundan danışıb. O, bildirib ki, deputat statusu təkcə maaş, mükafat və şəxsi dolanışıq məsələsi deyil.

“Deputatların hörməti onların gördüyü işlə bağlıdır. Deputatların rəsmi orqanlara müraciətinə müsbət münasibət göstərilməlidir. Parlamentin yarım saatlıq cari məsələlərlə bağlı deputatların qaldırdıqları təkliflər hara gedir? Hələ heç bir icra strukturu Milli Məclisdə qaldırılmış təkliflərin həyata keçirilməsi ilə bağlı cavab verməyib”.

S.Rüstəmxanlı müxtəlif tədbirlərə dəvət olunarkən bəzən lazımi diqqət göstərilməməsindən şikayətlənib.

“Deputatı ən arxa sırada oturdular. Qapıya gələn adamı qəbul etmək üçün komitə sədrinin icazəsi olmalıdır. Hər şey üçün komitə sədrini axtarmalı deyilik ki? Mənim hüququm olmalıdır insanları qəbul etməyə. Bizə heç rəsmilərin telefon nömrələri olan telefon kitabçaları verilmir”,-deyə S. Rüstəmxanlı bildirib.

Spiker Oqtay Əsədov Sabir Rüstəmxanlıya cavab verib. O,bildirib ki, Milli Məclis və deputatlar insanlar üçün əlçatan yerdir: “Sabir bəy, deputat hörmətini özü qazanır. Bəzən özümüz-özümüzü hörmətdən salırıq. Biz özümüz bir-birimizin hörmətini saxlamalıyıq. Kitabçalar hamıya verilir. Əvvəllər 4 nəfər deputatın bir hökumət telefonu işləyirdi. İndi isə hamının belə telefonu var”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti