Rusiyalı nazir Şəhidlər xiyabanını ziyarət edib

  09 Dekabr 2019    Oxunub : 1013
Rusiyalı nazir Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 9-da Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azvision.az xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Azvision.az

Teqlər: Şəhidlərxiyabanı   Rusiya   Nazir