Sarkisyanın vəkilləri etiraz etdilər
"Baş prokurorluğa Ermənistanın üçüncü prezidentinin vəkili Serj Sarkisyanın Xüsusi İstintaq Xidmətinin cinayət təqibinə dair qərarından şikayət məktubu daxil olub", - deyə prokurorluq bildirib.
Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti keçmiş prezident Serj Sarkisyana qarşı Cinayət Məcəlləsinin mənimsəmə və yeyinti maddələri ilə ittiham irəli sürüb. Sabiq prezident 2013-cü il yanvarın 25-dən 7-dək bir milyon dollar oğurlamaqda ittiham olunur. Sarkisyana qarşı qabaqlayıcı tədbir olaraq, qeydiyyatda olduğu ərazini tərketməməklə bağlı qətimkan tədbiri seçilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Sarkisyan