Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarıldı

  05 Dekabr 2019    Oxunub : 1224
Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarıldı
Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71, və 199 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb.
BNA-dan Azvision.az -a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb.

Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Azvision.az

Teqlər: BNA