Misir Mərdanov Mikayıl Cabbarovun işinə qiymət verdi

Misir Mərdanov Mikayıl Cabbarovun işinə qiymət verdi
  16 Dekabr 2013    Oxunub:1003
“Mikayıl Cabbarovun fəaliyyətini yüksək qiymətlənirirəm, yaxşı işləyir”.

Bunu AzVision.az-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov bildirib.

Eks-nazir M.Cabbarovun son günlər həyata keçirdiyi islahatların yerində atılmış addım olduğunu deyib.

“Yeni nazirin fəaliyyətini, gördüyü işləri bəyənirəm, çox yaxşı çalışır. Bütün bunları yüksək qiymətləndirirəm. Uğurlar arzulayıram. Başqa nə deyə bilərəm ki? Ancaq uğurlar”.

M.Mərdanov həmçinin hazırki fəaliyyətindən də söz açıb. Keçmiş nazir fəaliyyətinin elmi yaradıcılıqdan ibarət olduğunu diqqətə çatdırıb.
“Fəaliyyətim ancaq Elmlər Akademiyasındakı işlərimdən ibarətdir. Elmi fəaliyyətlə məşğulam. Hər şey qaydasındadır. Çalışıram işlərimin öhdəsindən gəlim. İnanıram ki, bunu bacarıram”.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə Misir Mərdanov bu ilin aprel ayında tutduğu vəzifədən azad edilib. Onu bu postda Mikayıl Cabbarov əvəz edib. M.Mərdanov hazırda AMEA-nın Mexanika və Riyaziyyat İnstitutuna direktorudur.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti