İki uşağın üstünə qaynar su tökülüb
"Yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22.32-də daxil olub. Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırıb. Həkimlər onlara aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar",- deyə nazirliyin məlumatında qeyd olunub.
Azvision.az