Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
  12 Noyabr 2019    Oxunub:1870
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 9-13° isti, gündüz 17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava ssasən yağmursuz eçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti təşkil edəcək.

Azvision.az



Teqlər: Hava   ETSN  





Xəbər lenti