Hərbi hissədə seminar keçirilib

  02 Noyabr 2019    Oxunub : 581
Hərbi hissədə seminar keçirilib
Müdafiə Nazirliyi (MN) ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq, hərbi hissələrdən birində növbəti seminar keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, “Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında keçirilən seminar hərbi qulluqçular tərəfindən maraqla qarşılanıb.

Seminarda çıxış edənlər bu tip seminarların şəxsi heyətin maarifləndirilməsi məqsədilə keçirildiyini hərbi qulluqçuların diqqətinə çatdırıb. Sonda “Heç vaxt gec deyil” sənədli filmi nümayiş etdirilib.

Azvision.az

Teqlər: MN