Tovuzda münaqişə, atəş açıldı

  26 Oktyabr 2019    Oxunub : 732
Tovuzda münaqişə, atəş açıldı
Oktyabrın 25-də saat 17 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açması barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılıb, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az

Teqlər: Tovuz   Tapança