Təhlükəsizlik Şurasının tərkibi dəyişdi

  23 Oktyabr 2019    Oxunub : 3397
Təhlükəsizlik Şurasının tərkibi dəyişdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.

Azvision.az

Teqlər: İlham-Əliyev   Ramiz-Mehdiyev