Milli Parkda ceyran ovlayanlar saxlanılıb - FOTO
Təqibdən yayınmaq məqsədilə özlərini ərazidəki cənub kollektoruna atan brakonyerlər üzərək parkın digər hissəsinə keçib. Lakin onlar, xidməti vəzifələrini yerinə yetirən milli parkın çevik qrupuna müqavimət göstərməyə çalışsalar da yaxalanıb və brakonyerlərin hər üçünün şəxsiyyəti müəyyən edilib. Araşdırma zamanı brakonyerlərin Həsənov Natiq Namik oğlu, Məhəmmədzadə İsmət Fikrət oğlu, Əsədov Rəşad Sücəddin oğlu olduğu məlum olub.
Zəruri ilkin sənədləşmə işləri aparılaraq, barələrində lazımi hüquqi hərəkətlərin görülməsi məqsədilə brakonyerlər Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
Azvision.az
Teqlər: Milli-Park Ceyran Ov