31 dekabr peyğəmbərin ölüm günüdür?

31 dekabr peyğəmbərin ölüm günüdür?
  11 Dekabr 2013    Oxunub:16983
Bəzi iddialara görə, İslam dünyasının peyğəmbəri Həzrəti Məhəmmədin (S.Ə.S) vəfat günü bu il 31 dekabr tarixinə təsadüf edir. Lakin bu iddialar bəzi dindarlar arasında ziddiyətlərə səbəb olub.

Şiə məzhəbinin nümayəndələri peyğəmbərin (S.Ə.S) vəfat gününün 31 dekabrına təsadüf etdiyini desələr də, bir çoxları isə bunun yalnış olduğunu qeyd edir.

Hacı Mirəziz Seyidzadə AzVision.az-a açıqlamasında bildirib ki, peyğəmbərin (S.Ə.S) vəfat günü Yeni İl günü ilə üst-üstə düşür.

Din xadimi hesab edir ki, Məhəmməd peyğəmbərin anım gününə
baxmayaraq Yeni il bayramını keçirmək olar, din buna qarşı deyil.

Dini ekspert Elşad Miri isə Mirəziz Seyidzadəni təkzib edib. Onun fikrincə, peyğəmbərin ölüm günü 31 dekabr tarixinə düşmür.

Qeyd edək ki, tarixçilər hesab edirlər ki, Məhəmməd peyğəmbər (S.Ə.S) 632-ci ildə dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti