“Soyqırım görmək istəyən varsa, Qarabağda baş verənlərə baxsın” - Ərdoğan
Ərdoğan çıxışında ölkəsinə və xalqına qarşı ayrı-seçkilik edən qüvvələri tənqid edib. Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" əməliyyatının mahiyyətindən danışan Ərdoğan diqqətə çatdırıb ki, türklər tarixin heç bir dövründə dinc əhaliyə qarşı zorakılıq etməyib.
Türkiyə lideri “soyqırım görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın”, deyərək dünyanın ayrı-ayrı ölkələrində müsəlmanlara və türklərə qarşı törədilən cinayətləri yada salıb.
Azvision.az