Arzu Rəhimov qəbul keçirəcək

  30 Sentyabr 2019    Oxunub : 1143
Arzu Rəhimov qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 17-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Sumqayıtda Abşeron, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Sumqayıt şəhər və rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Xidmətdən Azvision.az -a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 15-dək SHXÇDX-nin adları qeyd olunan şəhər və rayon idarə, şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Azvision.az

Teqlər: ArzuRəhimov