Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olundu

Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olundu
  09 Dekabr 2013    Oxunub:2666
Aslan Aslanov Dövlət Baytarlıq Xidmətinə rəis təyin olunub.

Bu barədə Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlamasında deyib.

Y. Xanvəli rəis vəzifəsinə Aslan Aslanovun təyin olunduğunu bildirib: “Yəqin ki, yaxın günlərdə işdən azad olunan digər şəxslərin də vəzifəsinə yeniləri təyin olunar. Bu nazirin səlahiyyətində olan məsələdir”. Yeni rəisin bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın iştirakı ilə kollektivə təqdim olunduğunu söyləyən Y. Xanvəli bildirib ki, yeni rəis öz fəaliyyətinə başlayıb. Qeyd edək ki, bir neçə gün öncə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev, İdarənin Müalicəxanasının həkimi Şahlar Əliyev, İdarənin mühasibi Mina Daşdəmirova və Binəqədi rayon Baytarlıq Məntəqəsinin müdiri Mədət Qocayev öz ərizələri ilə işdən azad olunublar (apa).



Teqlər:  





Xəbər lenti