Nazir ABŞ-da Baş katiblə görüşdü

  26 Sentyabr 2019    Oxunub : 826
Nazir ABŞ-da Baş katiblə görüşdü
Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Abul Qeyt ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan və Ərəb Dövlətləri Liqası arasında mövcud əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edilib və əməkdaşlığın bir çox sahələrdə daha da dərinləşməsi üçün birgə səylərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Sammiti və Azərbaycanın Hərəkatda sədrliyi məsələlərini müzakirə ediblər.

Görüş əsnasında, həmçinin regional təhlükəsizlik gündəliyində duran bir sıra məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

Azvision.az

Teqlər: XİN   BƏƏ   Məmmədyarov