Xərçəngdən ölən azərbaycanlı məşhurlar - FOTOLAR

  25 Sentyabr 2019    Oxunub : 8569
Xərçəngdən ölən azərbaycanlı məşhurlar - FOTOLAR
Əsrin bəlasına çevrilən xərçəng daha çox insan ölümünə səbəb olan qorxunc xəstəliklərdən biridir. Bu ağır xəstəliyin qurbanları arasında adi insanlarla yanaşı məşhur şəxslər də az deyil. Təəssüflər olsun ki, bu günədək Azərbaycanda bir çox tanınmış insanlar xərçəng xəstəliyindən dünyalarını dəyişiblər.
Azvision.az xərçəngin qurbanı olmuş məşhurlarla bağlı məlumatları təqdim edir:



Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri Vurğun Əyyub uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, ötən gün 62 yaşında dünyasını dəyişib.



Xalq artisti Fuad Poladov da xərçəng xəstəliyinin qurbanı olub. Tanınmış aktyor 2018-ci ildə 69 yaşında vəfat edib.



Uzun illər onkoloji xəstəliklə mübarizə aparan Əməkdar artist Xanım Qafarova 2014-cü ildə 47 yaşında son mənzilə yola salınıb. Onun bir qız övladı yadigar qalıb.



Tanınmış rejissor Şahin Zəkizadə 2017-ci ildə 39 yaşında ikən qan xərçəngindən həyatını itirib.



Jurnalist Gülər Məmmədova 2015-ci ildə xərçəng xəstəliyinin qurbanı olub. Onun 2 övladı yadigar qalıb.



Tanınmış jurnalist Nigar İsmayılqızı ötən il 34 yaşında qan xərçəngindən vəfat edib.



Şahmat üzrə Azərbaycan milli komandasının sabiq üzvü, qrossmeyster Vüqar Həşimov 2014-cü ildə 27 yaşında beynində olan bədxassəli şişə "təslim" olub.



Xalq şairi Vaqif Səmədoğlu mədə xərçəngindən əziyyət çəkib. O, 2015-ci ildə 75 yaşında həyatdan köçüb.



Amansız xəstəliyin daha bir qurbanı tanınmış teleaparıcı Ceyran Nəriman olub. Xanım aparıcı bu ilin yanvar ayında həyatla vidalaşıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Xərçəng   Xəstəlik